XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 18:35

Azərbaycan hərbçiləri Ermənistanın daha2 PUA-sını məhv etdi

mudafie nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan bütün PUA-lar yerindədir.

"Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir. Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib", – deyə sorğuya cavabda qeyd olunub.