XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 18:58

MSK-da iclas –Siyasi partiyaların hesabatında və DSK-nın tərkibində dəyişiklik oldu

msk

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 2016-cı il mayın 3-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra “Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a dəyişiklik edilib.

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2016-cı il iyunun 18-nə təyin edilmiş təkrar seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra təsdiq edilib və 41409 (qırx bir min dörd yüz doqquz) bülletenin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

İclasda 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Komissiyanın iclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə də baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlə bağlı müvafiq qərar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.