XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2015 - 11:43

Bakıda 144 milyonluq cinayətdə təqsirləndirilən biznesmenin istəyi reallaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və digər əməllərdə təqsirli bilinən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkilləri məhkəmə prosesindən qabaq Xocalı faciəsinin qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib. Hakim Əfqan Hacıyev buna etiraz etməyib. Bir dəqiqəlik sükutdan sonra təqsirləndirilən şəxsin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, yenə də ittiham aktının onlara aydın olmadığını qeyd edib. Onlar Abdulla Abdullayevin 144 milyon leqallaşmaqla günahkar olmadığını, bunun parçalanaraq izah edilməsini məhkəmədən istəyiblər. Hakimlər yerində müşavirə edərək, vəsatətin baxılmamış saxlayıb.

Abdulla Abdullayevin vəkilləri hakimlərin verdiyi qərara etiraz edib.

Vəkil Əkbər Bağırov üzünü hakimlərə tutaraq bildirib ki, Azərbaycanın məhkəmə sisteminə inanırlar: “Biz Azərbaycan məhkəmələrinə inanırıq. İnanmasaq burda boş-boşuna danışmarıq. Təbii ki, Abdulla Abdullayev barəsində düzgün hökm çıxarılmayacağı təqdirdə Apelyasiya məhkəməsinə, o da olmasa Ali Məhkəməyə müraciət edəcəyik. Orada da ədalətli qərar verilməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik”.