XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2015 - 07:53

Vəzifəsindən çıxarılan səfir XİN-də oldu – Vidalaşma

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynada diplomatik missiyasının başa çatması ilə əlaqədar Ukrayna xarici işlər nazirinin birinci müavini Nataliya Qalibarenko ilə vida görüşü keçirib.

Səfirlikdən verilən məlumata görə, nazirin birinci müavini Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib. Nataliya Qalibarenko səfir Eynulla Mədətliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ukrayna xarici işlər nazirliyi rəhbərliyinə göstərilmiş əməkdaşlığa görə minnətdarlığını bildirib. Ukraynaya sülh və əmin-amanlıq arzulayıb, bu gözəl ölkəni daim xoş təəssüratla xatırlayacağını deyib(Anspress).