XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 11:34

Müdafiə nazirlərinin üçtərəfli Qəbələ görüşü başladı- FOTOLAR

Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini yad ediblər. “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar.

Hazırda Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb.

Görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.