XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 12:20

QAT-ın iki üzvü evində həbs olundu – Təşkilat bəyanat yaydı
Qarabağ Azadlıq Təşkilatının (QAT) Tərtərdə yaşayan iki üzvü – Zülfüqar İbrahimov və Vüqar Əliyev martın 10-u, səhər saatlarında saxlanılıb.
Bu barədə Strateq.az-a QAT-ın mətbuat xidmətindən məlumat verilib.
QAT sədri Akif Nağı bu işin tam ədalətsizlik olduğunu və bununla bağlı Daxili işlər naziri Ramil Usubova və Bas prokuror Zakir Qaralova müraciət etdiyini deyib.
Təşkilat sədrinin müraciətində göstərilir: “Qarabağ Azadlıq Təşkilatının üzvləri İbrahimov Zülfüqar Davud oğlu və Əliyev Vüqar Sabir oğlu bu gün səhər Tərtər şəhərində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən öz evlərində həbs ediliblər. Müəmmalı şəraitdə və şahidlərin iştirakı olmadan onların evlərində axtarış aparıb, Zülfüqar İbrahimovun evindən odlu silah, Vüqar Əliyevin evindən isə 2 ədəd patron “tapılıb”. Tam məsuliyyətlə Sizə bildirirəm ki, bu, qurama bir işdir, rayon səviyyəsində hansısa məmurun intriqası və qərəzindən başqa bir şey deyildir. Zülfüqar İbrahimov və Vüqar Əliyev nümunəvi, qanuna tabe olan vətəndaşlardır, heç bir qrupla əlaqələri yoxdur, heç vaxt heç bir yabançı və zərərli təbliğatla məşğul olmayıblar. Hesab edirik ki, bu yanlışlıq və ədalətsizlik dərhal aradan qaldırılmalıdır. Hansısa məmurun bu cür qərəzli hərəkəti hakimiyyətin imicinə də zərbə vurur, cəmiyyətdə, xüsusilə də cəbhəyanı ərazilərdə mənəvi-psixoloji duruma mənfi təsir göstərir”.
A.Nağı Daxili işlər naziri və Baş prokurorun məsələyə dərhal müdaxilə etmələrini xahiş edib: “Xahiş edirik ki, iki Azərbaycan vətəndaşına qarşı ədalətsizliyə imkan verməyəsiniz, haqq-ədalətin bərpa olunmasına yardım edəsiniz”.