XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 14:56

“Biz strateji tərəfdaş olmayan dost ölkələrik” –Gürcü nazirdən Ermənistana mesaj

tinatin-gurcu-nazir

"Ermənistanın seçimi bizim İrəvanla əməkdaşlığımızın səviyyəsini müəyyən edir".

Bunu dünən Bakıda jurnalistlərə açıqlamasında Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli söyləyib. Onun sözlərinə görə, Ermənistan Gürcüstanın strateji tərəfdaşı deyil:

“Mən 2016-cı ilin yanvarında İrəvanda olanda Azərbaycan və Türkiyənin Gürcüstanın strateji partnyoru olduğunu söylədim. Gürcüstanın çoxlu tərəfdaşları və dostları var. Biz çox ölkələrlə işləyirik. Bu gün Gürcüstan üçün vacib olan regionda sülhdür. Ermənistan seçim etdi və Avrasiya İttifaqına üzv oldu. Biz ora istəmirik. Bu da bizim əməkdaşlığımızın səviyyəsini müəyyən edir. Biz strateji tərəfdaş olmayan dost ölkələrik”.

Axar.az