XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 20:01

“Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik” –Mahmud Məmmədquliyev

mahmud-1

“Avropa İttifaqına üzv 28 dövlət demokratiya, sülh və gələcək naminə birlikdə çalışır. Biz həmçinin sərhədyanı ölkələrlə əməkdaşlıq edirik. Bu il Azərbaycanla Aİ arasında tərəfdaşlığın 25 ili tamam olub”.

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard Avropa günləri ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

O bildirib ki, tərəflər uzun müddət nəqliyyat, kommunikasiya, insanlararası münasibətlər sahəsində çalışır: "Aİ çox qürur duyur ki, ticarət sahəsində Azərbaycanın ən böyük tərəfdaşı və sərmayədardır. Biz bununla kifayətlənmirik. Münasibətlərimizi inkişaf etdirməyə davam edirik". 
 
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə ölkəmizlə Aİ arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib: “Aİ-yə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edirik. İnanırıq ki, Aİ gələcəkdə bu istiqamətdə fəaliyyəti davam etdirəcək və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”. 

2006-cı ildə Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalandığını deyən nazir müavini qeyd edib ki, artıq bunun nəticələri görünür: “Gələcəkdə də Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik. İndi strateji tərəfdaşlıqla bağlı yeni sazişin başlanmasına görə danışıqlar aparır. Əminik ki, gələcəkdə Aİ öz mövqeyini müəyyənləşdirəcək və saziş haqqında danışıqların başlanmasına razılıq verəcək. Bu, əlaqələrin inkişafına təkan verəcək".