XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 10:39

“Azərbaycan və Ermənistan prezidentləri siyasi iradə nümayiş etdiriblər” –ABŞ-dan rəsmi açıqlama

kirbi

"Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminin şərtlərinə əməl etməyə, etimadın möhkəmləndirilməsinə dair vacib tədbirlər görməyə və gələn ay hərtərəfli nizamlanma ilə nəticələnə biləcək danışıqların bərpa olunmasına ilə bağlı üzərilərinə öhdəliklər götürüblər".

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ənənəvi  brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyana keçirilən görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bölgədə yaşayan əhaliyə faydalı ola biləcək tədbirlər görmək üçün siyasi iradə nümayiş etdiriblər.

Kirbi qeyd edib ki, ABŞ, öz növbəsində, bununla bağlı onlara dəstək verməyə hazırdır.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi görüşün çox müsbət və düzgün istiqamətdə atılmış bir addım olduğunu qeyd edib: “İndi hər kəs sadiq olduğu öhdəliklərin icrası üzrə mürəkkəb işi həyata keçirməlidir”.

APA