XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 10:07

Davudoğlu: “Türkiyədə sabitliyin təminatı AKP-dir”

Davudoğlu:

Türkiyədə AKP təmsilçisi və baş nazir Əhməd Davudoğlu seçkilərlə bağlı maraqlı açıqlamalar verib. O, partiyasının bölgə sədrləri üçün keçirilən konfransında qeyd edib ki, hər kəsin bu seçim nəticələrini doğru oxuması lazımdır: “Biz nəticələri hesablayacağıq, müzakirə edəcəyik. Hansı statistika alınsa da, hansı perspektivdən baxılsa da, Türkiyə partiyası AKP-dir”.

“Biz 5 vilayətdə millət vəkili çıxara bilmədik, ana müxalifət də 37 vilayətdə millət vəkili çıxara bilmədi,”- deyən baş nazir əlavə edib ki, 37 vilayətdə təmsil edilməyən bir partiyanın ölkəni idarə etmə iddiası ola bilməz.
O həmçinin, vurğulayıb ki, AKP-siz Türkiyə siyasəti mümkünsüzdür: “Türkiyənin sabitliyinin, dincliyinin, sülhünün təminatı AKP-dir”.