XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 14:18

Nazirlər Fransada görüşdü –Qarabağ müzakirəsi

trend_elmar_mammadyarov_201015

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilən Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar.

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər. 

E.Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılan ən qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə hazır olmasını alqışlayıb. 

Tərəflər, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul edib.