XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 12:58

Elmar Məmmədyarov komitə sədri ilə Qarabağı müzakirə edib – XİN-dən açıqlama

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olunub.

Nazir E.Məmmdəyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.