XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2016 - 18:48

“Münaqişənin həllində kəskin sıçrayış gözləməyə dəyməz” –Metyu Brayza

metyu-brayza

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana görüşü olduqca uğurlu olub, çünki görüşdə ABŞ dövlət katibi Con Kerri də iştirak edib".

Bunu ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, ABŞ münaqişənin həllində daha fəal rol oynamaq və bunu Rusiya ilə bölüşmək qərarına gəlib.

M.Brayza qeyd edib ki, görüş münaqişənin hərtərəfli həlli üzrə real müzakirələrə, yenilənmiş Madrid prinsipləri əsasında müzakirələrə gətirıb çıxaracaq, lakin bir az vaxt tələb olunacaq və ola bilsin, prezidentlərin daha bir görüşü lazım olacaq: "Vyana görüşündən sonra münaqişənin həllində kəskin sıçrayış gözləməyə dəyməz. Bununla belə, Vyana görüşü bir çox müsbət dəyişikliklərə səbəb olacaq"(Trend).

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.