XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 17:40

Kremlin mətbuat katibi: “Putinlə Ərdoğan Bakıda öz saatlarını tutuşduracaqlar…”
Rusiya və Türkiyə prezidentlərinin Bakı görüşündə energetikaya dair ortaq layihələr və Suriyadakı situasiya müzakirə ediləcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Həqiqətən də bu, kifayət qədər mühüm görüşdür. Birincisi, onlar (prezidentlər –red.) çoxdandır ki, görüşmür. Rusiya və Türkiyə isə ticari-iqtisadi, investisiya, həmçinin ən müxtəlif sahələr üzrə ortaq layihələr üzrə çox mühüm tərəfdaşdır. Odur ki, iki ölkə başçısının hər bir görüşünün gündəliyi genişdir, ələlxüsus da Türkiyədə keçirilən parlament seçkilərindən sonra” – deyib Peskov.
“Əlbəttə ki, saatları yoxlamaq və regional məsələlərlə bağlı heç də sadə olmayan situasiyaya dair fikir mübadiləsi aparmaq lazım gələcək. Söhbət Suriyadakı vəziyyətdən və şübhəsiz ki, bizim iki ölkə arasında qarşılıqlı iqtisadi-ticari əlaqələrdən, həmçinin də iri layihələrə dair birgə işlərlə əlaqədar məsələlərdən gedir” – deyə, Putinin sözçüsü bildirib.
Musavat.com