90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkidə iştirak edən Ümid partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb.
Bu barədə Strateq.az-a partiyadan məlumat verilib.
Məlumatda qeyd ollunur ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən növbəti iclasında İqbal Ağzadənin namizdəliyinin qeydə alınması təsdiqlənib.