CHP-dən koalisiya üçün şok şərt – “O olmazsa, biz yoxuq”
Türkiyədə yeni hökumət müzakirələri hər keçən gün daha da şiddətləndiyi bir vaxtda CHP-nin Malatya millət vəkili Vəli Ağbaba CHP-nin koalisiya şərtlərinə daha birini də əlavə edib.
Strateq.az Avropa.info-ya istinadən xəbər verir ki, Ağbaba CHP-nin liderliyi xaricində bir koalisiyaya müsbət baxmadığını bildirib.
CHP-nin sədr müavini olan Vəli Ağbaba koalisiya müzakirələri ilə bağlı açıqlama verərkən “Kılıçdaroğlu baş nazir olmazsa, biz yoxuq”, – deyə bildirib.
Ağbaba “Twitter” hesabından yazdığı açıqlamada belə yazıb: “Partiyamıza iqtidarın kökü, sədrimizin baş nazir, xalqın isə iqtidarın tək sahibi olmayacağı heç bir koalisiyaya getməyəcəyimizi hamının bilməsini istəyirəm”.