Çin Xalq Respublikası Dövlət Şurası sədrinin (Baş nazirin) müavini, Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü Can Qaoli Azərbaycana səfər edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Xua Çunin mayın 23-də ənənəvi mətbuat konfransında məlumat verib. O bildirib ki, Can Qaoli Azərbaycan hökumətinin dəvəti əsasında iyunun ilk günlərində Bakıda olacaq(azərtac).