XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 20:28

YUNESKO baş katibi Xədicə İsmayılınazadlığa buraxılmasını alqışlayır

YUNESKO-nun baş katibi İrina Bokova jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır.

Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.