XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

27 May 2016 - 00:27

Seymur Həziyə “İlin Cümhuriyyətçisi” mükafatı verildi –FOTOlar

seymur-1

Mayın 26-da D18 Hərəkatının mərkəzi ofisində “İlin Cümhuriyyətçisi” mükafatının təqdimat mərasimi keçirilib.

Mükafat bu il siyasi məhbus, AXCP sədrinin müavini, jurnalist Seymur Həziyə verilib.

Tədbirdə Seymur Həzinin ailə üzvləri, AXP sədri Əli Kərimli və partiya rəhbərliyində təmsil olunan şəxslər, başqa ictimai-siyasi xadimlər, o cümlədən keçmiş siyasi məhbuslar, gənclər və jurnalistlər iştirak edib.

Tədbiri açıq elan edən D18 Hərəkatının başqanı Ruslan İzzətli “İlin Cümhuriyyətçisi” mükafatının hansı kriyeteralara görə verilməsindən, bu günə qədər bu mükafata layiq görülən şəxslərdən danışıb. Ruslan İzzətli çıxışında bildirib ki, hakimiyyət fərqli düşünən insanları həbs etməklə qorxutmaq istəsə də, bu hesablamasında yanıldı: "İnsanlar qorxmadı, əksinə daha da mübariz oldular".

Hərəkat başqanı çıxışının sonunda “İlin Cümhuriyyətçisi” mükafatını Seymur Həzinin atası Məşğul Həziyevə təqdim edib.

Oğlunu bu mükafata layiq gördüyü üçün D18 Hərəkatına təşəkkür edən Məşğul bəy çıxışında oğlu ilə qürur duyduğunu bildirib.

Daha sonra AXCP sədri Əli Kərimli, Müsavat Partiyası sədr müavini Elman Fəttah, VİP sədri Əli Əliyev, Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli, keçmiş siyasi məhbuslar Hilal Məmmədov, Əvəz Zeynallı, Bəşir Süleymanlı, Bəxtiyar Hacıyev, Mili Şura üzvü İbrahim İbrahimli, jurnalist Elxan Şükürlü, AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblı, ictimai fəallardan Nəsimi Məmmədli, Tural Abbaslı, Ellada Məmmədli və Xədicə İsmayılın anası Elmira İsmayılova çıxış ediblər.

azadliq.info

seymur-2

seymur-3

seymur-4

seymur-5

seymur-6

seymur-7

seymur-8