XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 15:37

”Müharibə başlarsa, Gürcüstan nə Ermənistanı dəstəkləyəcək, nə də…” –Gürcü politoloq

georgi-kanas

Tbilisidə yerləşən “Qafqaz evi” tədqiqatlar mərkəzinin icraçı direktoru Georgi Kanaşvili Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərini şərh edib.

Kanaşvili Ermənistan və Gürcüstanın tamamilə fərqli yollar seçdiyini, lakin hələ də bir-birinə olan marağını itirmədiyini deyib. Aprel müharibəsində Gürcüstanın neytral mövqe tutmasını, verilən rəsmi bəyanatların erməniyönlü mövqedən çox uzaq olması ilə bağlı sualı şərh edən Kanaşvili bunları deyib:

“Müharibə halında Gürcüstan nə Ermənistanı dəstəkləyəcək, nə də Azərbaycanı. Bakıda da, Yerevanda da başa düşürlər ki, Gürcüstan nə bu, nə o biri tərəfi tuta bilməz. Buna səbəb kimi xeyli faktorlar var. Bunlardan biri də Gürcüstanda azərbaycanlı və erməni icmasının yaşamasıdır. Tbilisidə heç kəs istəmir ki, bu icmalar arşında problem yaransın. Bundan əlavə regionda stabilliyi saxlamaq Gürcüstan üçün çox vacibdir”. 

Avropa.info