XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 07:05

ABŞ prezidentliyinə namizəd Ceb Buş kimdir? – Siyasi portret

“Vladimir Putin dayandırmayınca dayanmayacaq öcəşkəndir”

Tam adı: Con Ellis Buş (Ceb – iki ad və soyadın inisiallarıdır)

Yaşı: 62

Anadan olduğu yer: Texas ştatı, Midlənd

Təhsili: Texas universitetini bitirib, Latın Amerikası ölkələri üzrə ixtisaslaşıb.

Ailə vəziyyəti: evlidir, üç övladı var – Corc, Noel, kiçik Ceb

Dini etiqadı: katolik

Partiya mənsubiyəti: respublikaçı

Seçkilərə qatılacağını necə bildirib: iyunun 15-də Mayami universitetində, bir gün öncə isə Tvitterdə

Kitabı (Klint Boliklə şərikli): “Mühacirət müharibələri: Amerika həllinin hazırlanması”

Bioqrafik arayış

Ceb Buş 1953-cü il fevralın 11-də Corc və Barbara Buşların ailəsində anadan olub. Yuxarı sinifdə oxuyarkən mübadilə proqramı çərçivəsində Meksikada təhsil almağa gedib və gələcək xanımı ilə orada tanış olub. Texas universitetində Latın Amerikası araşdırmaları sahəsində bakalavr dərəcəsi alıb.

1974-cü ildə Kolumbe Harnike de Qalyo ilə ailə qururb. Onda Ceb Buşun 21, Kolumbenin 19 yaşı var idi.

80-ci illərdə Floridada broker işləyərək mülkiyyət bazarında gücünü sınayıb.

1987-1988-ci illərdə Florida ştatının ticarət naziri olub.

1994-cü ildə Florida qubernatoru vəzifəsinə seçkini uduzub.

1996-cı ildə yepiskopal kilsədən katolisizmə – arvadı Kolumbenin etiqadına keçib.

1998 −2007-ci illərdə seçkiləri udub Florida ştatının qubernatoru olur. Bu ştat prezident seçkilərində qələbə çalmaq üçün son dərəcə önəmli hesab olunur. Rəhbər olarkən öz səylərini Floridada təhsil sisteminin yaxşılaşdırılması, ətraf mühitin müdafiəsi və iqtisadiyyatın inkişafına yönəldib.

2015-ci l iyunun 15-də seçkiqabağı kampaniyanın başlanmasını elan edib.

Detallar

*Atası Corc Buş 1989-1993-cü illərdə Amerika prezidenti olub. Qardaşı – Corc Uoker kiçik Buş 2001-2009-cu illərdə prezident vəzifəsini tutub. Ceb Buş seçkilərdə qalib gəlsə, Buşlar ailəsi üç ABŞ prezidentinin çıxdığı ilk ailə olacaq.

*Buşlar ailəsində prezidentliyə kiçik Buşu deyil, məhz Cebi nəzərədə tutmuşdular.

*Fox News telekanalına müsahibəsində “O vaxt siz olsaydınız, İraqa müdaxilə edərdinizmi?” sualına Ceb Buş cavab verib ki, o zaman təkcə o deyil, Hillari Klinton və çoxları da bu cür hərəkət edərdi. Ceb Buşun komandası xeyli dərəcədə atası və qardaşının keçmiş müşavirlərindən ibarətdir.

*2000-ci ildə qardaşı Buş prezident seçilərkən Ceb Florida ştatında səslərin hesablanmasında iştirak edib.

*Florida qubernatoru vəzifəsində olarkən uzun illər vegetativ vəziyyətdə qalan Terri Şayvonun valideynlərinin mövqeyini dəstəkləyib. Valideynləri qızlarının həyat təminatı yaradan cihazlardan ayrılmasından imtina ediblər. Nəticədə ər Maykl Şayvo məhkəmə prosesini uddu və Terri Şayvo 2005-ci ilin martında xəstəxanada keçindi.

*Ceb Buş ispanca sərbəst danışır və ABŞ mühacirət sisteminin islahatı və qeyri-leqal mühacirlərin qanuni status əldə etməsi uğrunda çıxış edir.

*Partiyanın müfahizəkar təmsilçiləri məktəb təhsili sahəsində ümumi standartların tətbiqini dəstəklədiyinə görə onu tənqid edirlər.

*Cebin qızı Noel 2000-ci illərin əvvəlində narkotik düşgünlüyündən müalicə olunub.

*Prezident yarışındakı rəqiblərindən biri – mühafizəkar Marko Rubio Floridada onun siyasi havadarı olub.

Xarici siyasət

Ceb Buş 2015-ci ilin iyununda Avropaya altıgünlük turnesi zamanı bildirdi ki, ABŞ Mərkəzi Avropadakı hərbi gücünü artırmalı və müttəfiqləri təhlükəsizliyin təminatı üçün daha çox vəsait qoymağa çağırmalıdır.

Onun fikrincə, ABŞ Ukraynaya hərbi-müdafiə yardımı etməlidir.

Almaniyada çıxış edərkən Rusiya prezidenti Vladimir Putini “dayandırmayınca dayanmayacaq öcəşkən” adlandırdı: “Mən inanıram ki, bunu NATO edəcək”.

Onun sözlərinə görə, “Rusiyanın korrupsiyalaşmış liderlərini öz xalqından təcrid etmək zəruridir”.

Yadda qalan fikirləri

*Sevdiyin insanların nə haqqı, nə də şərəfi olan adamların hücumuna məruz qaldığını görmək adama əzab verir.

*Əgər partiya qocaman ağdərili insanların partiyasıdırsa, düşünürəm ki, əksəriyyətin partiyası olmağa can ata bilməz.

*Bu ölkə yanlış yöndə irəliləyir. Körpələrin 40%-dən çoxu nikahsız doğulur. Həm də buna uşaqların baxımından yanaşılsa, bugünki dünyada tənha anaların övlad böyütməsi son dərəcə çətin olacaq və bu onların ləyaqətlə yaşamaq imkanlarını məhdudlaşdırır.

Nataşa Mozqovaya

“Amerikanın səsi”, Rus xidməti (ABŞ), 17.06.2015