XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 09:07

Donald Tramp:“Hillari Klinton seçkilərə qatılmamalı, həbsxanada olmalıydı”

tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, keçmiş dövlət katibi Hillari Klintonun seçkilərdə iştirakı “Birləşmiş Ştatlar üçün rüsvayçılıqdır”, çünki  dövlət sirləri haqda qanunu pozduğuna görə həbsxanada olmalıdır.

Strateq.az The Hill nəşrinə istinadən bildirir ki, Trampın fikrincə, Klintonun təkcə 2009-2013-cü illərdə şəxsi serverindən xidməti yazışmalar üçün istifadə etməyi ilə bağlı qalmaqal kifayətdir ki, o, “dəhşətli dərəcədə günahkar” sayılsın.

Tramp qeyd edib: “Bilirsiniz, o, İranla nüvə sövdələşməsində Obamanı niyə dəstəklədi? Sadəcə, öz məktublarına görə həbsxanaya getmək istəmir. İndiki hökumətin onun bu seçkilərə qatılmasına icazə verməyi Birləşmiş Ştatlar üçün biabırçılıqdır”.

Qeyd etmək laızmdır ki, FTB indiyədək sözügedən məsələlərlə bağlı Hillari Klintiona münasibətdə cinayət təhqiqatı haqda qərar qəbul etməyib.