XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 12:49

“Almaniya öz düşüncəsiz addımı ilə özünə böyük ziyan vurdu” –Deputat Əli Məsimlidən açıqlama

eli-mesimli-1

"Almaniya Parlamentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnamə həmin tarixi saxtakarlıq faktına Avropanın bir nömrəli ölkəsi olan Almaniya parlamenti səviyyəsində münasibətin bildirilməsi təəssüf doğurur".

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycan parlamentinin deputatı Əli Məsimli deyib.

Onun sözlərinə görə, indiyədək qondarma “erməni soyqırımı” kampaniyasına qoşulmuş digər ölkələrdə olduğu kimi, bu qətnamə də əslində heç bir tarixi və hüquqi əsası və deməli reallaşma mexanizmi, Türkiyə üçün heç bir təsir gücü olmayan əhəmiyyətsiz,amma qərəzli bir kağız parçasıdır:

"Bu qətnamə ilə genosidin ən dəhşətli nümunələrinin daşıyıcısı olan Almaniya özünü həmin kampaniyada iştirak edən digər ölkələrlə müqayisədə ikiqat urvatsız etdi. Bu qətnamə Türkiyənin getdikcə artan gücündən, onun perspektivlərindən qorxuya düşən və sən demə içərilərində daşımağa davam etdirdikləri faşizmin Xocalı soyqırımını törədən, ana və uşaq qatilləri olan erməni faşısminə dəstəyidir. Bir qədər aşağı, bir qədər yuxarı olmaq şərtilə Almaniya Avropa üçün Amerikanın dünya üçün oynadığı rolu oynayır. Almaniya öz çəkisinə heç cür uyğun gəlməyən belə ucuz bir kampaniyaya qoşulub, öz düşüncəsiz addımı ilə özünə böyük ziyan vurdu, nüfuzuna xələl gətirdi, ölkədaxili gərginliyə yeni amil qoşdu. Almaniya həmin qətnamə ilə özünü Türkiyə və Azərbaycan ictimaiyyətinin bu ölkəyə münasibətdə formalaşmış xoşməramlı münasibətini müsbətdən mənfiyə dəyişdirməkdədir. Bu qətnamənin qəbulu Türkiyə ilə Almaniya arasında siyası münasibətləri xeyli zədələdi, bəlkə də humanitar və iqtisadi münasibətlərə də mənfi təsir edəcək".

Deputat bildirib ki, bu qətnamə ikili standartın yeni nümunəsi olmaqla, həm də Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına davamlı xarakter verilməsinə xidmət edir:

"Bu qətnamə qondarma “erməni soyqırımı”nın növbəti komediyalarına yeni nəfəs, impuls verə bilər. Qondarma “erməni soyqırımı”nın növbəti komediyalarının əhəmiyyıtsiz aksiyalara çevirməkdən ötrü bu məsləyə soyuq başla zəruri tədbirlərin birləşdirilməsi yönümündən yanaşıb, Türk dövlətlərinin və diasporunun birgə fəaliyyətini gücləndirmək lazımdır".