XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 17:09

AMİP-dən Almaniyanın saxta “erməni soyqrımı” qərarına kəskin etiraz –Bəyanat

amip-loqo

Azərbaycan Milli İstiqlal Partiyası Almaniya Bundestaqının saxta “erməni soyqrımını” tanıma qərarını kəskin şəkildə pisləyən bəyanat yayıb.

Partiyadan Strateq.az-a daxil olan press-relizin mətnində alman tarixçiləri və siyasətçilərinin 1-ci dünya müharibəsi zamanı müttəfiq olduqları Türkiyənin heç bir xalqa qarşı soyqırım törətmədiyini gözəl bildiklərini vurğulanıb.

Daha sonra bəyanatda qeyd olunur: “O zaman Rusiya-Fransa-İngiltərə dövlətlərinin yaratdığı Antanta ittifaqı isə Osmanlı imperiyasını dağıtmaq məqsədi ilə indiki Türkiyə ərazisində yaşamış erməniləri silahlandıraraq 100 minlərlərlə türkün qətlinin səbəbkarına çevirilmişdi. Sonradan bu cinayəti pərdələmək üçün həmin dövlətlər Türkiyə Cumhiriyyətini ermənilərə qarşı soyqrım törətməkdə və onları deportasiya etməkdə günahlandıraraq sərsəm bir ideyanı dünya dövlətlərinə sırımağa başladılar. Osmanlının süqutundan sonra böyük bir coğrafiyada onun varisi kimi mövcud olan Türk Cümhuriyyətini Avropa bu günə qədər də həzm edə bilmir. Çox təəssüf ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərə görməzdən gələn Almaniya Bundestaqı da sonunda bu çirkin planın iştirakçısına çevrilərək bundan sonra bu yöndə hər hansı ədalətli qərar vermək iqtidarında olacağını şübhə altına qoydu”.