XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 18:35

Eks-spiker Rəsul Quliyev:“Türkiyənin öz səfirini geri çağırması karikatura formasını alıb”

resul-q-1

Birinci dünya müharibəsində Almaniya ilə koalisiyada olan Türkiyə üçün almanların soyqırımı qəbul etməsi ağır gəlir. Ancaq həmin müharibədə türklərlə eyni koalisiyada olan ölkələrin demək olar ki, hamısı belə bir aktı qəbul edib. Hər dəfə belə bir akt qəbul olunandan sonra Türkiyənin o ölkədən səfirini geri çağırması artıq karikatura formasını alıb”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin keçmiş sədri Rəsul Quliyev sosial şəbəkədə Bundestaqın qətnaməsini şərh edərkən yazıb.

Eks-spikerin yazdığına görə, türklər özlərini belə gülünc vəziyyətə salmamalıdırlar: “Əgər Birinci Dünya Müharibəsində Almaniya qalib gəlsəydi, heç vaxt erməni ''soyqırımı'' məsələsi ortaya çıxmayacaqdı. İndi alman parlamenti "soyqırım"ı (onlar "Holokost"u da qəbul ediblər) qəbul edib. Türkiyə öz səfirini geri çağırmaqla nəyə nail olmaq istəyir, anlamaq olmur? Diplomatik əlaqələrini kəsmək istəyir? Əlbəttə, yox. Avropa Birliyinə girmək istəyən, ən çox ticarət əlaqələri Almaniya ilə olan Türkiyə hansı ağılla bu ölkə ilə düşmənçilik etmək istəyir?”

R. Quliyevin sözlərinə görə, alman parlamentində onlarla milliyətcə türk olan deputat var və  soyqırım aktının qəbulunda iştirak edən Yaşıllar Partiyasının baş katibi də türkdür: “Onların hamısı aktın qəbul edilməsinə müsbət səs verib. Məgər bu göstərmir ki, türk hökumətinin mövqeyi düzgün deyil?”

Daha sonar Rəsul Quliyev bununla bağlı təklifini də açıqlayıb. Onun fikrincə, türk hökuməti BMT-yə müraciət edərək, soyqırımın ayrı- ayrı ölkələr tərəfindən qəbul edilməsi prinsipinin düz olmadığını yazmalıdır: “Türkiyə bu məsələ ilə əlaqədar tanınmış tarixçi və siyasətçilərdən ibarət BMT komissiyasının yaradılmasını, onların gəldiyi nəticə və qərarın əsasında yaranacaq sənədin əsas götürülməsini və bununla da  məsələyə yekun vurulmasını tələb etməlidir. Onda arxivlərin hesabına əsl həqiqət ortaya çıxar”.

Eks-spikerin fikrincə, bu sənəddən sonra Türkiyə, Osmanlı imperiyasının davamçısı kimi, əgər ermənilərdən üzr istəyəcəksə, o zaman  üzrxahlıq da olmalıdır: “Almanlar Holokosta görə, azı, 4 dəfə yəhudilərdən üzr istəyib. Buna görə onların nüfuzu nə dünyada, nə də Avropada azalmayıb”.

Soyqırım iddiasının səbəblərinə toxunan R. Quliyev yazıb ki, səbəb rus və erməni alyansının dinc türk vətəndaşlarını öldürməsindən başlayır: “O dövrdə üst-üstə 200 minə qədər milliyyətcə türk, 100 minə yaxın milliyyətcə azərbaycanlı olanlar ermənilər tərəfindən qətlə yetirilib.  500 minə yaxın isə milliyətcə erməni olanlar öldürülüb. Ermənilər  1918-ci ildə ölənlərin 500 min olduğunu deyirdilər.  Türkiyənin mənasız müqaviməti nəticəsində bu rəqəm artıq bir milyon 500 minə çatdırılıb”.