XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 13:46

AzDP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin edilmədi

Azərbaycan Demokratlar Partiyasının Ədliyyə Nazirliyinə qarşı iddiası təmin edilməyib.

Strateq.az xəbər verir ki, dünən Ali Məhkəmə Kollegiyasında Azad Demokratlar Partiyasını qeydiyyata almadığına görə Ədliyyə Nazirliyinə qarşı qaldırdığı məhkəmənin növbəti isdası keçirilib. Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədriliyi ilə keçən prosesdə işin yenidən baxılması üçün Apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Ali Məhkəmə Kollegiyasının ilk iclası aprel ayının 29-a təyin edilmişdi. Həmin iclasda iddiaçı dinlənildikdən sonra hakim əlavə araşdırmaya ehtiyac olduğu üçün prosesi iki həftə müddətinə təxirə salmışdı. May ayının 13-də isə hakim Sevda Hüseynovanın təlimdə olmasını əsas gətirərək proses qeyri-müəyyən müddətə təxirə salınıb. İyunun 10-da davam etdirilən proses AzDP tərəfinin vəkilinin və qarşı tərəfin iştrak etməməsini əsas gətirərək hakim prosesi iyunun 17-ə qədər təxirə salmışdı.