XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 14:03

Siyavuş Novruzov:"Binəli Yıldırımın ilk xarici səfərini Azərbaycana etməsi..."

trend_siyavush_novruzov_250413 (1)

Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərini Azərbaycana etməsi Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsinin göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov Türkiyənin Baş naziri Binəli Yıldırımın Baş nazir qismində ilk rəsmi xarici səfərini Azərbaycana etməsinə münasibət bildirərkən deyib.

S.Novruzov əlavə edib ki, B.Yıldırımın ilk səfərini Azərbaycana etməsi həm də iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir.

Deputat Türkiyənin yüksək vəzifəyə yeni təyin olunan dövlət rəsmilərinin ilk səfərlərinin Azərbaycana etməsinin artıq bir ənənə halını aldığını da söyləyib: "Türkiyədə istər prezident olsun, istərsə də baş nazir, ilk səfərini Azərbaycana edir. Bu da iki ölkə arasındakı münasibətlərin gözəl göstəricisidir. Ümummilli lider demişkən, "bir millət, iki dövlət"ik. Ona görə də onlar ilk səfərlərini qardaş ölkəyə edirlər, ondan sonra isə digər ölkələrə gedirlər. Bu da çox təqdirəlayiq haldır".