XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 08:56

İsveçrə vətəndaşları“kommunizmi” rədd etdilər

isvecre-referendum

Dünən İsveçrədə hər bir vətəndaşa hər ay qeyd-şərtsiz 2.5  min isveçrə frankı (təxminən 2.5 min ABŞ dolları) verilməsi ilə bağlı keçirilən referendumda seçicilər bu ideyanı rədd ediblər. Referendumda iştirak edənlərin 76.9 buna qarşı çıxıb.

İdeya müəllifləri təklif edirdirdilər ki,  işləyib-işləməməyindən, sərvətindən, sosial vəziyyətindən asılı olmayaraq hər ay vətəndaşların hesabına dövlət büdcəsindən 2.5  min isveçrə frankı (təxminən 2.5 min ABŞ dolları) ayrılmalıdır. Uşaqlar üçün isə dövlət büdcəsindən hər ay 625 frank verilməlidir.

Bu təşəbbüsün müəllifləri qeyd edirdilər ki,  minumum xərclərini ödəmək üçün işləmək zərurətindən azad olan insanlar özlərinin yaradıcı potensialını daha yaxşı reallaşdıra biləcəklər.

Hesablamalara görə, əgər ölkə vətəndaşları bu ideyanı dəstəkləsəydilər, onda hər il 208 milyard farnk ayrılmalı idi. Bunun üçdə biri dövlət büdcəsi hesabına reallaşacaqdı, digər hissəsi isə vergilərin artırılmasından əldə olunacaqdı.

Ekspertlər qeyd edirlər ki, əslində İsveçrə vətəndaşları “kommunizm” ideyasına qarşı çıxıblar. İsveçrə vətəndaşları hesab edirlər ki, az təminatlı vətəndaşlara ehtiyaclarını qarşılamağa səmərli yardım edən, bununla belə hər kəs üçün özünü təsdiqləməyə imkan yaradan və mümkün qədər real bərabar şərtlər təmin  edən sistem kommunizmdən daha yaxşıdır.

İqtisadçılar isə qeyd edirlər ki, qeyd-şərtsiz əsas baza gəliri ideyası, yəni bütün vətəndaşlara hər ay müəyyən miqdarda pul ayrılması  iqtisadi inkişaf üçün çox təhlükəlidir. Bu müəyyən həddən sonra sosial deqradasiyaya da gətirib çıxara bilər.

Strateq.az