XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 10:56

Ziya Məmmədovun adı Trampla bağlı qalmaqalda:Milyarder namizədi şübhəli biznesdə ittiham edirlər

 

ziya tramp esas

Associated Press agentliyinin müxbiri Cef Horvits yazır ki, Donald Tramp ABŞ prezidentliyi uğrunda namizəd yarışına daxil olandan 6 ay əvvəl Azərbaycanın paytaxtI Bakıda özünün mülk layihəsini elan etmişdi.

“Onun tərəfdaşı, ABŞ diplomatlarının İran hərbiyyəsi üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bildikləri və “korrupsiyada ad çıxarmış” hökumət nazirlərindən biri idi” – deyə müxbir yazır.  (Amerikanın Səsi)

Horvits qeyd edir ki, “amma indi 18 ay keçmiş və qızı İvanka Tramp az qala başa çatmış layihənin reklam videosunun təqdimatını edəndən bir neçə həftə sonra Bakı layihəsi Trampın internet saytından yoxa çıxıb”.

Trampın baş müvəkkili Alan Garten Associated Press agentliyinə deyib ki, layihə iqtisadi səbəblərə görə hələlik dayandırılıb. Məqalədə deyilir ki, Tramp yalnız ən yaxşı adamlarla iş gördüyünü dəfələrlə vurğulasa da, belə görünür, o heç də həmişə partnyorları haqqında bütün təfərrüatları öyrənmir.

Bu da qeyd olunur ki, Trampın komandasının insanları yoxlamaq qabiliyyəti xüsusilə də indi böyük əhəmiyyət kəsb etməyə başlayır. Beləki o Ağ Evə qədəm qoyarsa, ölkənin təhlükəsizliyi və iqtisadiyyatı sahələri də daxil, mühüm vəzifələrə 3600-dək yeni təyinat elan edəcək.

Ata oğuldan xəbərsizmiş…

Cef Horfits yazır ki, Garten Azərbaycan biznesi barədə suala cavab verərkən Tramp təşkilatının partnyoru barədə müfəssəl yoxlama aparıldığını, lakin onun atası haqqında iddiaların araşdırılmadığını söyləyib, belə ki o bu sövdələşmənin iştirakçısı olmayıb.

Partnyorun atasının İran üçün çirkli pulların yuyulmasında iştirakı barədə ABŞ-ın dipliomatik məktublarında qeyd olunmuş iddialar haqqında sula Garten “mən bu barədə əvvəllər heç nə eşitməmişəm” – deyib.

Garten daha sonra deyib ki, o, haqqında İran pullarının yuyulmasında iştirakı barədə iddialar səsləndirilən Ziya Məmmədovun öz oğlunun biznesi ilə əlaqəli olmadığına əmin olub.

Horvits  yazır ki, əslində Trampın partnyorunun əsas bizneslərinin atasının nazirliyi ilə bağlı olduğu bəllidir.

AP-nin məqaləsində deyilir ki, Ziya Məmmədov agentliyin telefonda qoyduğu mesajlara və Vaşinqtondakı Azərbaycan səfirliyinə göndərilmiş emaillərə cavab verməyib.

Garten agentliyə bildirib ki, Trampın şirkəti hər hansı kontraktları bağlamazdan əvvəl parnyorları barədə kəşfiyyat məlumatları toplayır, habelə İnterpolun, BMT-nin və başqa beynəlxalq təşkilatların order və sanksiyalar siyahılarını yoxlayır.

Müxbir yazır ki, Trampın Bakı partnyoru, nəqliyyat nazirinin oğlu Anar Məmmədov da Associated Press tərəfindən onun sosial media və email ünvanlarına göndərilən sorğulara cavab verməyib.

Garten isə bildirir ki, Tramp şirkəti Anar Məmmədova dair bütün lazımı məlumatları öyrənib və onun atası bu layihədə heç bir rol oynamayıb.

Horvits  yazır ki, Azərbaycan üzrə ekspertlər Trampın və ya başqa birisnin bunu bilməməsindən möhkəm təəccübləniblər.

AP müxbiri qeyd edir ki, diplomatlar və QHT-lər Anar Məmmədova atasının biznes maraqlarının icraçısı kimi baxırlar. Məqalədə deyilir ki, Anarın biznesi atasının nazirliyindən müntəzəm dəstək və dövlət sifarişləri alır.

Müxbir  xatırladır ki, Anar Məmmədov bir neçə müsahibələrində 2000-ci ildə təsis etdiyi Garant Holding şirkətinin xələfi olan firmanın nəqliyyat, tikinti, bank işi, telekommunikasiya və sənaye sahələrində qolları olduğunu bildirib.

Müxbir yazır ki, o vaxtlar Anarın 19 yaşı olmalı idi. Anar Məmmədov sonralar biznesə 2005-ci ildə başladığını deyib, halbuki onun bir çox filial ofisləri bu tarixdən əvvəl fəaliyyətdə idi.

“Gənc Məmmədov öz biznes imperiyasını sadəcə qəzet paylayan kuryer kimi çalışmaqla qurmayıb” – deyib ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza  deyib.

AP-nin məqaləsində qeyd olunur ki, ABŞ-ın 2009-cu ildə sızmış diplomatik yazışmalarında Ziya Məmmədov hətta Azərbaycan kimi bir yer üçün də “son dərəcə korrupsiyalı şəxs” adlandırılıb.

Bu diplomatik yazışmalarda bildirilirdi ki, magistral yollardan birinin tikintisi üçün dövlət sifarişi Ziya Məmmədovun yaxın iştirakı ilə İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş hərbçisi Kamal Dərvişiyə  həvalə olunub.

Qeyd edək ki, iyunun 4-də yayılmış bu məqaləyə hələlik nə nazir Ziya Məmmədov, nə də onun oğlu Anar Məmmədovun təmsilçilərindən hər hansı reaksiya verilməyib.

Prezidentlik toxunulmazlığı olmayacaq

Horvits yazır ki, Bakıdakı otel layihəsi başa çatmasa da, Trampa əhəmiyyətli məbləğdə ödəniş edilib.

Məqalədə deyilir ki, Trampın prezidentliyə namizədlik kampaniyasının açıqladığı bəyannamədə onun heç açılmayan otelin menecment xidmətləri üçün 2,5-2,8 milyon dollar qazandığı bildirilib.

Associated Press agentliyinin məqaləsində Trampın Azərbaycandan başqa yerlərdə də şübhəli bizneslərindən söhbət gedir.

Ötən həftə Nyu York şəhərinin baş prokuroru Eric Şineyderman mediaya bildirmişdi ki, Donald Trampın “Tramp Universiteti” ilə əlaqədar təhqiqat işi aparılır. Prokurorun fikrincə, Donald Tramp “adı var, özü yox universitetdən” fırıldaq yolu ilə 5 milyon dollar qazanıb.

Eric Schneiderman deyib ki, Trampla bağlı daha iki dələduzluq işi də təhqiqatdadır.

Baş prokurorun sözlərinə görə, bu işlər məhkəməyə çatanda Donald Tramp artıq Ağ Evə sahiblənmiş ola bilər, lakin ABŞ prezidentliyi “mülki dələduzluq işlərində” toxunulmazlıq vermir.