XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 09:41

Sədrlə erməni jurnalist arasında Azərbaycanla bağlı – Qalmaqal

KTMT-nin sədri Nikolay Bardyujanın mətbuat konfransında qalmaqal yaşanıb.

Strateq.az ANS-ə istiinadən xəbər verir ki, mətbuat konfransında erməni jurnalistin Bordyujaya sualı zalda gərginlik yaradıb. Erməni jurnalist Bordyujadan KTMT-nin Azərbaycana bu quruma üzvlük üçün müraciət etməsi ilə bağlı izahat verməsini tələb edib.

Nikolay Bordyuja isə cavabında erməni jurnalistin özündən izahat tələb edib: “ Əslində mən sizdən izahat istəyirəm. Mən nə zaman üzvlüklə bağlı Azərbaycana müraciət etmişəm? Heç yadımda deyil. Ancaq etiraf etməliyəm ki, bu barədə Ermənistan mətbuatında çox xəbərlər oxumuşam. Sizin mətbuata qalsa mən çox şey demişəm. Halbuki bunlardan özümün xəbərim yoxdur. Ancaq bununla belə Azərbaycanın üzvlüyü ilə bağlı hər halda fikrimi bildirmək istərdim. KTMT bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Əgər Azərbaycan tərəfi bizə üzvlüklə bağlı müraciət etsə, bütün üzvlərimizlə bunu dəyərləndirməyə hazırıq”.