"PKK bu gün də Mardində partlayış törətdi. Aqoniya içindədirlər. Əvvəl hərbçləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları – yaşlıları, qadınları və uşaqları hədəf alıblar".
Strateq.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hələ bir yekə-yekə “kürdlərin azadlığı uğrunda” savaşdıqlarını deyirlər:
"PKK onlarla razılaşmayan kürdləri də öldürür, gecəikən evlərindən oğurlayırlar. Qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb. Əlbəttə Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermirlər. Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib. Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq “vur və qaç” taktikasına keçiblər".