Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.(news.am)
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında son görüş ATƏT-in Minsk qrupu ölkələrinin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.
Vyanada növbəti görüşün iyun ayında keçirilməsi barədə razılıq əldə edilib.