XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 11:16

Nazir stadionun çökmə xəbərindən danışdı

Nazir stadionun çökmə xəbərindən və ermənilərdən danışdı

Gənclər və idman naziri Azad Rəhimov da Bakı Olimpiya stadionunun çökməsi ilə bağlı yayılan məlumatlara aydnlıq gətirib.
“Qafqazinfo”-nun xəbərinə görə, nazir bildirib ki, Olimpiya stadionunda gözәl işlәr aparılır:”Stadionda yüzlərlə insan işlәyir. Әgәr hansısa bir problem yaransaydı, heç kim orada işlәmәzdi. Bu xəbərlər Azәrbaycanda keçirilәn Avropa oyunlarına zәrbә vurmaq üçündür. Azәrbaycanda şayiәlәr çoxdur. Bu da onlardan biridir”.
Azad Rәhimov ermәnilәrin Avropa oyunlarında iştirakı ilә bağlı sualı da cavablandırıb. O bildirib ki, Avropanın bütün ölkәlәri Bakıya dəvətlidir: “Biz bütün komandaları vә onların bura gәlәn idmançılarının sayını izlәyirik. Eşitdim ki, ermәnilәrin yunan-roma gülәşçilәri vә gimnastları Azәrbaycana gәlmәk istәmir. Dünәn Ermәnistan Milli Olimpiya Komitәsi dә iclas keçirib vә qәrar qәbul edib ki, ermәni idmançıları Avropa oyunlarında iştirak etmәkdә sәrbәstdir”.
Virtualaz.org xatırladır ki, stadionun çökməsi xəbərinə A.Rəhimovdan əvvəl ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayev də münasibət bildirmişdi: “Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir”.