XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 18:50

Deputat:“Qərbi azərbaycanlılar Əli İnsanovu yox, İlham Əliyevi dəstəkləyir”

fezail

“Əgər Əli İnsanov Qərbi azərbaycanlılar üzərində özünə hansısa nüfuz, ağsaqqalıq və liderlik axtarırsa,  səhv edir. Onun Qərbi azərbaycanlıların ağsaqqalı kimi təqdimatı təbii ki, Əli İnsanov tərəfdarlarının yaymış olduğu uydurma və şayiələrdir”.

Bu sözləri əslən Qərbi Azərbaycandan olan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. (modern.az)

O, hazırda həbs cəzasə çəkən sabiq səhiyyə naziri Əli İnsanovu Qərbi azərbaycanlıların ağsaqqalı və ya lideri hesab edənlərə cavab olaraq bildirib ki, bu cür düşünənlər səhv edirlər :

“Kim deyirsə ki, “mən Qərbi azərbaycanlılarının ağsaqqalı, lideri və başbiləniyəm”, o adam böyük səhvə yol verir. Bu gün bütün azərbaycanlılarının, eyni zamanda da Qərbi azərbaycanlılarının lideri İlham Əliyevdir.

Qərbi azərbaycanlıların mütləq əksəriyyəti bu gün İlham Əliyevin yanındadır. 2003, 2008 və 2013-cü illərin prezident seçkilərində Azərbaycan xalqının fəal hissəsi kimi Qərbi azərbaycanlılar da səsini İlham Əliyevə veriblər. Ondan əvvəl də Qərbi azərbaycanlılar ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində mühüm rol oynayıblar”.

Fəzail Ağamalı deyib ki, Hedyər Əliyevin siyasi hakimiyyətə gəlməsində Qərbi azərbaycanlılar mühüm rol oynayıblar :

“1993-ci və 1998-ci illərdə bütün Azərbaycan vətəndaşları kimi, Qərbi azərbaycanlılar da dövlətimiz və xalqımızın taleyi naminə Heydər Əliyevin şəxsiyyətinə sığınaraq, ona səs verdilər. Tarix sübut etdi ki, bütün xalqımız kimi Qərbi azəbaycanlılar da bu seçimi doğru ediblər.

Azərbaycanın dünya miqyasında nüfuzunun artırılmasının yeganə yolu olan Heydər Əliyev siyasi kursunun yanında olmaq, ona dəstək vermək kimi seçimi Qərbi azərbaycanlılar edib və edəcəklər də. Kimsə kənarda lider, ağsaqqal və başbilən axtarırsa, həmin adam çox səhv yoldadır.

Mən Sisyandan olan bir şəxs kimi deyərdim ki, Zəngəzur, Mehri, Qafan, Amasiya – bütün Qərbi Azərbaycan yurdunun ən öndə gedən siyasi xadimlərinə, alim və ziyalılarına müraciət etsəniz, onlar da mən deyəni söyləyəcəklər”.