XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 16:49

İqtidar-müxalifət dialoqu başlayacaq? –YAP-dan anons verildi

trend_siyavush_novruzov_250413 (1)

“YAP-ın Dialoq Komissiyasına siyasi partiyalar tərəfindən təkliflər daxil olub”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, siyasi partiyalar tərəfindən növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciət var: “Bildiyiniz kimi, YAP-ın Dialoq Komissiyası fəaliyyət göstərir və bu müraciətlər komissiyada araşdırılır. Təkliflərə baxıldıqdan sonra görüşlə bağlı qərar veriləcək”(APA).

Xatırladaq ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə iqtidar-müxalifət görüşü indiyədək 3 dəfə baş tutub. Sonuncu görüş ötən ilin mayın 15-də keçirilib.