Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.
Buna səbəb “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F.Muradovun Z.Əsgərovun fikirlərinə irad tutması olub: “Mən bilmirəm, sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”.
Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub.
Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova “ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.
F. Muradov da əsəbi tərzdə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”– deyə, cavab verib.
Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib: “Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”.
Qafqazinfo