XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 23:04

“Aprel döyüşləri dövlətimizin gücünü göstərdi“ –Mədət Quliyev

medet-quluyev

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda elmi-praktik konfrans keçirilib.

DTX-nin İctimai əlaqə şöbəsindən verilən məlumata görə, konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxış edərək, bildirib ki, bu ilin aprel ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmənin təxribatlarının qarşısının layiqincə alınması, Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi yüksək döyüş əzmi, həyata keçirdiyi ixtisaslı hərbi əməliyyatlar və əldə edilmiş qələbə bir daha dövlətimizin qüdrətini, gücünü bariz şəkildə nümayiş etdirib.

General-leytenant Mədət Quliyev çıxışının sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasət xəttinin uğurla həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəyini bildirib və konfansın işinə uğurlar arzulayıb.

AzNews.az