XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 07:26

Xarici QHT-nin nümayəndəlik və filiallarının fəaliyyət qaydası dəyişdirildi

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndəlik və filiallarının fəaliyyətinin dayandırılması qaydası dəyişib.

Yeni qaydalara görə, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən QHT-lər və xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri və ya filialları fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edə bilər.

Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün QHT-nin və xarici dövlətlərin QHT-sinin nümayəndəliyinin və ya filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə, qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti və səbəbi göstərilməlidir) təqdim olunmalıdır. Fəaliyyətinin dayandırılması barədə sənədlərə baxılarkən qurum tərəfindən müvafiq vergi ilində (illərində) fəaliyyətin müvəqqəti olaraq dayandırması ilə əlaqədar Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada Vergilər Nazirliyinə müraciət edilib-edilməməsi aydınlaşdırılmalıdır.
Qurum tərəfindən adçəkilən nazirliyə müraciət olunmadığı müəyyən edildikdə, müraciət edənə bununla bağlı qanunvericiliyin tələbləri yazılı qaydada bildirilməlidir. İndiyə qədər Vergilər Nazirliyindən Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri, habelə Maliyyə Nazirliyindən təqdim etdikləri maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri barədə məlumatlar daxil olduqda, həmin məlumatlar göstərilən orqanlara istinad etməklə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilib. Mövcud Qaydada bu məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı konkret müddət göstərilməyib.
Ədliyyə Nazirliyinin Kollegiyasının “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na etdiyi dəyişikliyə əsasən bununla bağlı konkret müddət müəyyənləşdirilib. Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün QHT-nin və xarici dövlətlərin QHT-sinin nümayəndəliyinin və ya filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə, qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti və səbəbi göstərilməlidir) təqdim olunduqda Ədliyyə Nazirliyi 3 gün müddətində qurumun fəaliyyətinin dayandırılması barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil etməlidir.
APA