XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 15:52

Məmməd İbrahim Ali Məhkəməyə şikayət etdi –Vəkildən açıqlama

memmed-ibrahim

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində hökmdən Ali Məhkəməyə kasasasiya şikayəti verilib.

Bu barədə azadlıq.info-ya vəkil Yalşın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, Məmməd İbrahim barəsində ibtidai istintaq dövründə, birinci instansiya məhkəməsində baş vermiş qanun pozuntuları Apellyasiya Məhkəməsində də nəzərə alınmayıb.

“Biz kasasasiya şikayətinin dəlillərində bütün bunları Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimlərinin nəzərinə çatdıraçağıq”, – deyə vəkil qeyd edib.

Xatırladaq ki, Məmməd İbrahim ötən ilin sentyabrın 29-da həbs edilib. Nərimanov rayon məhkəməsi onun barəsində 3 il müddətinə azadlıqdan mərhumetmə hökmü çıxarıb. Bu ilin mayında isə Bakı Apelyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.