XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 20:58

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləriMilli Məclisdə olublar

İyunun 16-da Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Ştefan Şennak ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov ölkəmizlə Avropa Şurası arasında uzun illərdən bəri davam edən səmərəli və konstruktiv əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı S.Seyidov qonaqlara həmməruzəçi missiyasından başqa, həm də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkini müşahidə etmək missiyasını həyata keçirdiklərinə görə təşəkkürünü bildirib. O, Monitorinq Komitəsində Azərbaycanla bağlı keçirilmiş son müzakirələri yüksək qiymətləndirib və bunu uğurlu işin nəticəsi kimi dəyərləndirib.

S.F.Preda və Ş.Şennak dünən Prezident İlham Əliyevlə keçirdikləri görüşdən məmnunluqlarını ifadə ediblər və Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiriblər.