XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 01:05

Sülhəddin Əkbər Avropa Məhkəməsinə üz tutdu –Partiyası qeydiyyata alınmır

 

sulheddin-akber-1

Azad Demokratlar Partiyası Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. 

Strateq.az xəbər verir ki, bu barədə Musavat.com-a partiyanın sədri Sülhəddin Əkbər məlumat verib.

Partiya sədrinin sözlərinə görə, AzDP-nin AİHM-ə müraciətinin səbəbi qeydiyyat məsələsi ilə bağlıdır.

S.Əkbər bildirib ki, partiya 2014-cü ilin iyul ayında yaradılsa da, bu günədək dövlət qeydiyyatına alınmayıb. Qeydiyyata əngəl yaradılmasıyla bağlı şikayət edən partiya ölkədə bütün məhkəmə instansiyalarını keçdikdən sonra AİHM-ə müraciət etməli olub.

Partiya sədri bildirib ki, artıq şikayət öz ünvanına çatıb.