XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 12:03

İlham Əliyev AŞPA-nın Azərbaycan üzrə məruzəçisiniqəbul etdi

ilham iribb

Azərbaycan prezidenti İlham Əliyev bu gün Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.

Senator Alen Desteks Formula -1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırdı. Dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayan qonaq ölkəsində də Qran-Pri yarışlarının keçiriləcəyini deyib. Alen Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün ölkəmizə səfər etdiyini vurğulayıb.

Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən dövlətimizin başçısı yarışların gələn qonaqlarda maraq doğuracağına, onların ölkəmizlə yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.