XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 14:19

İqbal Ağazadəni nə gözləyir: qələbə, yoxsa… –Sabah təkrar seçki olacaq

iqbal-aqazade-1

Sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan parlamentinə təkrar seçkilər keçiriləcək.

Strateq.az MSK-ya istinadən xəbər verir ki,  səsvermə sabah saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Xatırladaq ki, adıçəkilən dairə üzrə 7 namizəd qeydə alınıb. Onlardan 5-i bitərəfdir. 

Müşahidəçilər bildirir ki, bu dairədə mandat uğrunda əsas mübarizə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri olan deputatlığa namizəd Cavid Osmanovla Ümid Partiyasının sədri İqbal Ağazadənin arasında keçəcək. Maraqlıdır, ötən ilin noyabrında Bakının Xətai rayonunda Araz Əlizadəyə məğlub olan İqbal Ağazadəyə bu dəfə şans tanınacaqmı? Yoxsa hakim partiya bu dəfə öz namizədinin qələbəsi üçün "tər tökəcək"?

Hər halda bu suallara sabah aydınlıq gətiriləcək. 

Qeyd edək ki, bəzi məlumatlara görə, hakimiyyət "keçmiş xidmətləri"ni nəzərə alıb bu dəfə İqbal Ağazadəyə yenidən "yaşıl işıq" yandıra da bilər.