XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 21:48

Rusiyanın DİN rəhbəri Zori Balayanı kabinetdən nə üçün qovub? –“Yeltsini devirmək istəyirdilər”

kulikov

Rusiyanın keçmiş daxili işlər naziri Anatoli Kulikov “Moskoviskiy Komsomolets” qəzetinə verdiyi müsahibəsində 90-cı illərdə Kremlin ölkədə apardığı siyasətin qapalı qalan məqamlarına toxunub.

Strateq.az bildirir ki, A.Kulikov müsahibədə1996-cı ildə keçirilmiş qalmaqallı prezident seçkiləri zamanı Yeltsin komandası ilə kommunistlər arasında gedən mübarizədən, seçkilərin nəticələrindən sonra yaranmış siyasi mənzərə barədə danışıb. Generalın müsahibəsində maraq doğuran məqamlardan biri də o dövrdə parlaq siyasi fiqura çevrilmiş general Lebedin hakimiyyət uğrunda apardığı gizli mübarizə ilə bağlı dedikləridir.

Kulikovun sözlərinə görə, 1996-cı ildəki seçkilərdə prezident Boris Yeltsinin rəqibi olan Lebed birinci turda 3-cü yerə çıxdıqdan sonra prezidentlə razılıq əldə edərək  Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.

 

lebed

Bundan sonra Lebed gizli şəkildə Kremli ələ keçirmək işinə başlayıb. Diqqətçəkən fakt isə Lebedin bu  dövlət çevrilişində erməni kartından istifadə etməsi olub. Onun dövlət çevrilşi etmək planın əsas oyunçularından biri bədnam Zori Balayan olub.

Kulikov bildirib ki, Lebed hakimiyyətə gəlmək üçün hər şeyə can atırdı: “Bir epizoddan sonra başa düşdüm ki, məni də bu dövlət çevrilişi planına daxil etmək üçün cəhd edirlər. 1996-cı ilin yayın sonunda – payızın əvvələrində mənim yanıma erməni yazıçısı Zori Balayan gəldi. Biz onunla 90-cı illərin əvvələrindən, Dağlıq Qarabağ hadisələrindən tanış idik. Mənimlə söhbətə belə başladı: “Anatoli Sergeyeviç, baxın. Siz iki general, güclü insan…” Mən ondan “Siz kimi nəzərdə tutursunuz?” soruşdum. Balayan: “Sizi və Lebedi. Siz gərək hakimiyyəti öz əlinizə alasınız. Siz ki, görürsünüz Rusiyada nə baş verir: Özbaşınalıq, iqtisadiyyat dağılıb, xəstə prezident… Lebedlə ümümu dil tapsanız yaxşı olar!”

Sonra susub cavab gözlədi. Mən ona sərt şəkildə dedim: “Siz artıq Qarabağda bir ocaq alovlandırmısınız. Daha bir yanğın yaratmaq istəyirsiniz? Nə qədər ki, mən səlahiyyət sahibiyəm, Lebed heç vaxt hakimiyyət sükanı başında oturmayacaq. Bunu kimə istəsəniz çatdıra bilərsiniz”.

lebed masxadov

Kulikov bildirib ki, Zori Balayan Lebedin düşərgəsində olub. Sabiq nazirin sözlərinə görə, Lebed hakimiyyəti ələ keçirmək üçün ətrafına müttəfiqlərini yığırdı: “Onun həyatı faciəvi şəkildə qırıldı. Lakin mənim Təhlükəsizlik Şurasının katibinin fəaliyyətinə münasibətim dəyişməyib. İndi də hesab edirəm ki, onun Çeçenistanla bağlı qərarları, ilk növbədə Xasavyurt sazişi satqınlıq idi”,-deyə Kulikov bildirib.

Generalın sözlərinə görə, Lebed hakimiyyətə gəlmək üçün gizli şəkildə Məshədovla razlıq əldə etmişdi. Eks nazir iddia edib ki, 1996-cı ildə Qroznıya planlaşdırılan hucumu Lebed pozub.

“Bizim etibarı mənbəmizin məlumatına görə, Məshədova verdiyi siyasi dəstəyin müqabilində çeçen lideri vəziyyətin kəskinləşəcəyi zaman Lebedi dəstəkləmək üçün Moskvaya 2 minlik silahlı döyüşçü göndərəcəyini vəd etmişdi”,- deyə A.Kulikov vurğulayıb.

Xatırladaq ki, Anatoli Kulikov 1995-98-ci illərdə Rusiyanın daxili işlər naziri olub. Ordu generalıdır.

X. SƏFƏROĞLU

lebed cecen