XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 12:01

Arif Hacılının Brüssel səfəri – Yeni mərkəz yaradılıb
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının basqanı Arif Hacılı Avropa İttifaqının dəvəti ilə keçən həftə Brüsseldə səfərdə olub.
Partiyanın mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, Avropa Parlamentində iki gün davam edən müzakirələr, çoxtərəfli və ikitərəfli görüşlər zamanı bir sıra əhəmiyyətli mövzular müzakirə edilib.
“Şərq Tərəfdaşlığı” mövzusunda keçirilən müzakirələr zamanı “Şərq Tərəfdaşlığı” proqramının perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb. Rusiya-Ukrayna konflikti, Dağlıq Qarabağ, Pridnestovye münaqişələri, Rusiya-Gürcüstan münasibətləri Avrointeqrasiyaya prosesinə və demokratik inkişafa mane olan faktorlar kontektstində müzakirə olunub.
Proqramda iştirak edən ölkələrdə insan haqlarının və azadlıqların təmin edilməsi sahəsində vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrə əsasən potsovet ölkələri daxil olmaqla müxtəlif ölkələrdən əsas siyasi partiyalar iştirak edib.
Toplantıda Azərbaycanı təmsil edən Müsavat Partiyasının başqanı geniş məruzə ilə çıxış edib. çıxışın mətni müxtəlif dillərə tərcümə edilərək mətbuat nümayəndələrinə, Avropa Parlamentinin digər üzvlərinə paylanıb.
Müsavat Partiyasının başqanı çıxışında Azərbaycanda və regionda baş verənlərin ümumilikdə demokratik inkişafa və Avrointeqrasiya prosesinə təsirindən, Qarabağ münaqişəsi, Ukraynada baş verən hadisələr haqqında, ölkəmizdə insan haqlarının vəziyyəti, qarşıdan gələn Parlament seçkilərinə hazırlıq məsələləri haqqında danışib. çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Arif Hacıli səfər cərçivəsində “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirak etməklə yanaşı, Avropa və post-sovet məkanı ölkələrinin dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə bir sıra görüşlər də keçirib.
Müsavat başqanı ilə Avropa Liberal Demokrat İttifaqının (ALDE) prezidenti Guy Verhofstadt, Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə koordinatoru Hans van Baalen, ALDE-nin vitse-prezidenti Pavel Telicka, Avropa Parlamenrtinin üzvü, ALDE-nin rəhbər şəxslərindən olan Petras Austrevicius, çexiyadan olan Avropa Parlamenrtinin İnsan Haqları üzrə Komissarı Vera Jourova, Finlandiyanın sabiq baş naziri Anneli Yaatteenmyaki, Rusiya müxalifətinin liderləri – keçmiş baş nazir Mixail Kasyanov, “Yabloko” təşkilatının sədri Sergey Mitroxin, Ukrayna Radasının üzvü Mukola Katerinçuk, Gürcüstan müxalifətinin təmsilçilərindən keçmis xarici işlər naziri Maya Pankidze və digər siyasi xadimlər arasında keçirilən görüşlərdə Azərbaycanın Avrointeqrasiya istiqamətində inkişaf perspektivləri, Azərbaycanda siyasi islahatlar, siyasi məhbuslar, Qarabağ probleminin ədalətli həlli məsələləri müzakirə olunub.
Görüşlər zamanı həmçinin Müsavat Partiyasi ilə Avropa İttifaqı srtrukturları, müvafiq siyasi və ictimai qurumlarla əməkdaşlıq perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Müsavat Partiyası başqanı Avropada yaşayan mühacir müsavatçılarla görüş keçirib. 3 saata yaxın davam edən görüşdə Arif Hacılı çıxış edərək dünyada, ölkədə, partiyadakı vəziyyətlə bağlı geniş məlumat verib. Görüşdə iştirak edən müsavatçıları maraqlandıran suallara cavab verib.
Görüş iştirakçılarından İlham Həsən, Eldəniz Yusifov, Mehdi Xəlilbəyli, Sərdar Ağayev, Fikrət Nəsirov, çağlar Qasımov və başqaları çıxış edərək fəaliyyətin səmərəliliyini artırmaq üçan bir sıra təkliflər səsləndiriblər.
Görüşdə səslənən təkliflər də nəzərə alınaraq Mühacir Müsavatçıların Koordinasiya Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.
Görüşlərdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı iştirak edib.