Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
Sankt-Peterburqun “Pulkovo-1” hava limanında dövlətimizin başçısını şəhərin qubernatoru Georgi Poltavçenko və digər rəsmi şəxslər qarşıladılar.
Bu gün orada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlanır. Prezidentlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.