XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 14:26

Putinin mətbuat katibi:“Qarabağla bağlı danışıqlar çətin olacaq”

putin-eliyev-sarkis

Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Serj Sarkisyanla danışıqları asan olmayacaq.

"Qafqaqinfo" Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir proqnozla prezident Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib: “Danışıqlar, əlbəttə ki, çətin olacaq. Əsas tapşırıq indi hərbi əməliyyatların yenilənməsindən sığortalanmaq olacaq. Çox gərgin iş günü olacaq”.

Peskov, həmçinin qeyd edib ki, Putin hər iki ölkə lideri ilə ayrılıqda, daha sonra üçtərəfli görüşəcək.

Qeyd edək ki, artıq Ermənistan prezidenti Serj Sarkisyan hazırda Sank-Peterburqdadır.