XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 14:53

Kremlin sözçüsü:“Prezidentlər birlikdə yemək yeyəcək”

peskov

“Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”.   

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədini açıqlayarkən deyib. (APA)

D. Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq: “Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, sonra Azərbaycan prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”.