XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 18:06

YAP-çı deputat:“Heydər Əliyev Ter-Petrosyana zəng vurub zəngilanlı uşağı buraxdırdı”

Eldar Ibarhimov.jpg

“1992-ci ildə biz uzaqgörən siyasətçi Heydər Əliyevin ətrafında siyasi partiya yaratmaqla bağlı qənaətə gəldik. Görüşlərimizin birində Azərbaycanın qabaqcıl insanlarının istəyini ona çatdırdım və ətrafında yeni siyasi qüvvənin formalaşdırılmasına icazə verməsini xahiş etdim. Mərhum Heydər Əliyev yeni partiya yaratmağımıza razılıq vermədi.Bildirdi ki, bəzi qüvvələr Onun heç Naxçıvanda qalmasını istəmirlər. Biz öz təklifimizdə israr etdik. Beləliklə, Heydər Əliyevi Onun ətrafında partiya yaradılmasına birtəhər razı saldıq.

Strateq.az bildirir ki, bu sözləri “Yeni Azərbaycan” qəzetinə müsahibəsində  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının yaranma tarixini şərh edərkən deyib.

Onun sözlərinə görə, razılıq aldıqdan sonra Heydər Əliyev Eldar İbrahimovu yanına çağıraraq “bir halda ki, israr edirsən, başqaları da bunu istəyir, onda, get, yeni partiyanın yaradılması məsələləri ilə məşğul ol” deyib.
 

“1992-ci ildə dərhal yeni partiya yaradılmasına başladıq. Genişmiqyaslı iş aparılırdı. Azərbaycanda çox ziddiyyətli proseslər getdiyi. 1992-ci ildə bəhs olunan müraciəti imzalayan “91-lər”-indi onların bəziləri dünyalarını dəyişib, bəziləri isə sağdırlar-mənim qənaətimə görə, qəhrəman insanlardırlar. Onlar qorxmadılar, cəsarət nümunəsi göstərdilər” –deyən deputat qeyd edib ki, həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyət çox ağır idi.

 

“Cəbhə hakimiyyəti, o cümlədən də o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov Heydər Əliyevin ətrafında birləşən insanları, həmçinin də məni təhdid edirdilər. Heydər Əliyev “91-lər”in müraciətinə cavab hazırlayarkən-24 oktyabr 1992-ci il tarixdə AXC Naxçıvanda dövlət çevrilişinə cəhd etdi. Əsas niyyətləri Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq və yaxud onu fiziki cəhətdən məhv etmək idi. Mən hadisələrin içində olan bir adam kimi, vəziyyətin necə təhlükəli həddə çatdığını görürdüm”.

Eldar İbrahimovun sözlərinə görə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının konfransını keçiriblər. Konfransın təşkilat məsələləri mənə həvalə olunmuşdu. Konfransa Azərbaycanın digər guşələrindən 55-60 nəfər adam gəlmişdi. Ümumilikdə isə, 550 nəfərin iştirakı ilə soyuq, şaxtalı gündə C.Məmmədquluzadə adına Dövlət Dram Teatrında konfransı keçirdik və Heydər Əliyevi yekdilliklə partiyanın sədri seçdik.

Deputatın sözlərinə görə, Bakıdan, respublikanın digər guşələrindən insanlar Heydər Əliyevdən kömək almaq üçün Naxçıvana axışırdılar: “Mən bir hadisə haqqında həmişə danışmışam, yenə də xatırlatmaq istəyirəm: Bir dəfə Heydər Əliyevin yanına Zəngilandan bir kişi ilə qadın gəlmişdi. Onlar uşaqlarının ermənilər tərəfindən tutulduqlarını bildirdilər. Heydər Əliyev Ermənistanın sabiq prezidenti Petrosyanla danışdı və uşaqları azad elədilər. Bu fakt bir daha təsdiqləyir ki, Heydər Əliyev Naxçıvanda otura-otura əslində bütün Azərbaycanı idarə edirdi.