XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 13:47

Sülhəddin Əkbər:“Milli Şuradan ayrılma səbəbim Rusiya proyekti olması deyildi”
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına verdiyi son müsahibəsi geniş müzakirələrə səbəb olub.
“Yeni Müsavat” qəzeti və Müsavat Partiyasının bəzi funksionerləri Milli Şuranın Rusiya proyekti olduğu haqda növbəti dəfə fikirlər səsləndirməyə başlayıb. Buna əsas səbəb kimi İbrahimbəyovun Rusiyanı müdafiə etməsini, Ermənistan xalqını isə düşmən adlandırmamasını göstəriblər. Milli Şuradan ayrılan partiya təkcə Müsavat olmayıb. Azad Demokratlar Partiyası da qurumda təmsil olunub sonra oradan ayrılanlar sırasındadır. Maraqlıdır, AzDP Milli Şura sıralarını niyə tərk edib? Onlardamı qurumu Rusiya proyekti zənn edib ayrılığa qərər veriblər?
Məsələ ilə bağlı moderator.az-a açıqlama verən AzDP sədri Sülhəddin Əkbər Milli Şuradan ayrılma səbəblərini açıqlayıb: “Milli Şura seçkidə iştirak etmək üçün yaradılmış qurum idi. Bu günə qədər bir çox qurumlar seçki məqsədi ilə yaranıb, seçki bitdikdən sonra isə orda təmsil olunan təşklatlar qurumu tərk edib. Bu, normal bir şeydi, dünyanın hər yerində belə hallar baş verir. Mən Milli Şuranı “Rusiya proyekti” hesab etməmişəm, təşkilatdan ayrılma səbəbim bu deyil. Qurumun üzvü olan zaman da narazı olduğum məsələlərlə bağlı Milli Şuranı tənqid etmişəm”.